Mübariz Qurbanlı: "20 yanvar faciəsinin törədilməsinə hüquqi qiymət verilib"
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Monolit Plaza otelinin konfrans zalında 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 yanvar-Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri iştirak ediblər.Konfransda çıxış edən Kamal Abdulla qeyd edib ki, 20 yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələri şəhid olub: "Bu, ümumilikdə Azərbaycan xalqının mübarizəsini əks etdirib. Böyük dövlət xadimi Heydər Əliyevin həmin dövrdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı qətliam törədildiyini bəyan edib. Bu, bir cəsarət nümunəsi idi. İlk dəfə SSRİ-yə qarşı etiraz SSRİ-nin mərkəzində eşidildi". DQİDK sədri Mübariz Qurbanlı isə çıxışında bildirib ki, bu tarix Azərbaycan xalqın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunib. "20 yanvar faciəsinintörədilməsinə hüquqi qiymət verilib"-deyə xatırladan komitə sədri həmçinin bildirib ki, hadisələrin əsas günahkarı Mixail Qorbaçov və SSRİ rəhbərliyi idi: "Azərbaycanın o dövrdəki rəhbərliyinin də bununla bağlı müəyyən günahı vardı. Bir məqamı da qeyd edim. 20 Yanvara yalnız faciə kimi yanaşılırdı. Heydər Əliyev bəyan etdi ki, bu, həm də Azərbaycan xalqının bir qəhrəmanlıq salnaməsidir. Heydər Əliyevin bu çıxışından sonra 20 yanvar hadisəsinə baxış da dəyişdi".Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib: "Məhz qəhrəmanlar ölümün gözünə dik baxaraq ömürlərini taleyə çevirirlər. Nə qədər ki, müstəqil Azərbaycan var, o qəhrəmanlar yaşayacaq". Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete şəhidlərə rəhmət diləyib və qeyd edib ki, 1990-cı il Azərbaycan tarixinə şəhidlərin qanı ilə qırmızı rənglə yazılıb: "Eyni zamanda bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli bir qəhrəmanlıq səhifəsidir". Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Ata isə qeyd edib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb. O, şçəəhidlərə Allahdan rhmət diləyib.Sonda söz Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayevə verilib. QMİ rəsmisi vurğulayıb ki, əslində şəhidlər paltarları ilə dəfn edilməli idi: "Ancaq o dövrdə insanlarımız bunu fərqli başa düşürdü. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı"."Ancaq şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır"-deyə qeyd edən Fuad Nurullayev əəlavə edib ki, bu, bir tarixdir: "Bir məqamı da qeyd edim. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi". Konfransın sonunda Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçimş 20 yanvar şəhidlərinin əziz xatirəsinə dualar oxundu, rəhmətlər diləndi.
sia.az