PDF Oxu

Siyasət

  • 22

“20 Yanvar xalqımızın şərəf, qəhrəmanlıq tarixidir” Millət vəkili

“20 Yanvar xalqımızın şərəf, qəhrəmanlıq tarixidir” Millət vəkili

"20 Yanvar faciəsinin Azərbaycan tarixində xüsusi bir yeri var. Bu, həm faciə, böyük fəlakət günüdür, həm də xalqın şərəf, qəhrəmanlıq tarixidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, 20 Yanvar xalqın özünü tanımasının tarixidir, milli azadlığa, müstəqilliyə gedən yolun başlanğıcıdır: "20 Yanvar təkcə Azərbaycan xalqının deyil, keçmiş SSRİ məkanında yaşayan bütün xalqların həyatına müsbət təsir göstərən bir hadisə oldu. Yəni Azərbaycan xalqı şəhidlər verməklə imperiyaya qarşı çıxdı, xalqın azadlıq arzusunun zor gücü ilə boğula bilməyəcəyini tarixdə sübut etdi. 20 Yanvar həmçinin, Azərbaycan xalqının özünə inam, güvən, milli birlik günü oldu. Eyni zamanda bu, həm də bir sınaq günü idi. Xalq anladı ki, onu düşünən, ağır gündə onunla bir yerdə olmağı bacaran lider kimdir, ağır, çətin vəziyyətdə qaçıb gizlənən yalançı liderlər kimdir. Bu mənda 20 Yanvar tarixinin çox böyük əhəmiyyəti var. Xalqımız bu faciədən ötən 27 il ərzinə sübut etdi ki, öz tarixinə sadiqdir, öz şəhidlərini unutmur, qəhrəmanlarını həmişə yaşadır, vəsf edir".

Millət vəkili hesab edir ki, 20 Yanvar faciəsinin ən böyük dərsi mənəvi, tərbiyəvi, vətənpərvərlik dərsidir: "Gənclərimiz, yeniyetmələrimiz, müstəqillik illərində doğulan insanlar 20 Yanvarı bir qəhrəmanlıq günü kimi qəbul edirlərsə, həmin şəhidləri, həmin vaxt yaralanan insanları milli azadlıq mücadiləsinin qəhrəmanları kimi tanıyırlarsa və onlar kimi vətənpərvər olmaq haqqında düşünürlərsə, lazım gələrsə Qarabağ cəbhəsində elə qəhrəmanlıq göstərməyə hazırdılarsa, deməli, 20 Yanvar faciədən daha çox qəhrəmanlıq, şərəf tariximizdir".

sia.az

Digər xəbərlər