Bu gün Azərbaycan Universitetində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Universitetinin sifarişi ilə SƏSTV tərəfindən hazırlanmış "20 Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir" filmi nümayiş olunub.Universitetin rektoru Fərid Əhmədov çıxışında 20 yanvarın Azərbaycan xalqının tarixində zəfər günü olduğunu qeyd edib. Rektor bildirib ki, Azərbaycan xalqı müstəqilliyini o tarixdə tökülən qanların bahasına bərpa edib.Rektor deyib ki, hər il ali məktəbdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. 20 Yanvar faciəsində qanlar axıdıldığını, çoxlu sayda insanların həlak olduğunu deyən rektor bu tarixin müstəqillik, azadlıq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində mübarizə günü olduğunu bildirib.Rektor 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacağını bildirib.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, Hüquq elmləri doktoru, professor İsaxan Vəliyev 20 yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq səlnaməsi olduğunu bildirib. Aparat rəhbəri bu tarixin eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğunu diqqətə çatdırıb.Aparat rəhbəri 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə olmaqla yanaşı, bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd edib: "Bu, uzun illər sovet imperiyası əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix Azərbaycan xalqı üçün növbəti imtahan idi"."SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında 1980-ci illərin sonlarında başlayan Milli oyanış hərəkatının 20 yanvar hadisələri ilə yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayıb.Natiq, faciəyə ilk siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən 21 yanvar 1990-cı il tarixdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyində keçirilən mətbuat konfransında verildiyini, 1993-cü ildən sonra isə faciənin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldüyünü diqqətə çatdırıb.Qurum rəhbəri 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləyib.Qurum rəhbəri əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının coşqun mübarizə əzmini nümayiş etdirən hadisədir.Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Universiteti və SƏS Media Qrupun birgə təşkilatçılığı ilə keçirilib.
sia.az