PDF Oxu

Siyasət

  • 29

Politoloq: “Trampın proseslərdə necə iştirak edəcəyi heç kimə bəlli deyil” AÇIQLAMA

Politoloq: “Trampın proseslərdə necə iştirak edəcəyi heç kimə bəlli deyil” AÇIQLAMA

"Andiçmə mərasimində Donald Trampın elan etdiyi prinsiplərə diqqət etsək, Amerikanın yeni prezidentinin əsasən ABŞ-ın daxili işləri ilə məşğul olacağı, ölkənin iqtisadi problemlərinin həlli istiqamətində çalışacağı görünür. Ancaq onun dünyanın ayrı-ayrı ölkələrində mövcud olan problemlərə də müəyyən diqqət ayıracağı gözlənilir". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, ümumilikdə indiki şəraitdə bundan sonra ABŞ-ın münaqişələrin həlli prosesində nə dərəcədə aktiv şəkildə iştirak edəcəyini birmənalı şəkildə söyləmək çox çətindir: "Çünki prinsiplər elan olunsa da, bütövlükdə ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursu bəlli deyil. D.Trampın problemlərin dialoq yolu ilə həlli məsələsini gündəmə gətirməsi göstərir ki, proseslərin sülh, dialoq yolu ilə həll olunmasına üstünlük veriləcək. Amma yenə də birnmənalı şəkildə perspektivdə hadisələrin necə olacağını söyləmək çox çətindir. D.Tramp təkcə dünya üçün deyil, ABŞ cəmiyyətinin özü üçün də tam aydın olmayan siyasətçi, iş adamıdır. Onun proseslərdə necə iştirak edəcəyi heç kimə bəlli deyil. Amerikanın yeni prezidenti, özünün də bildirdiyi kimi, əgər mövcud problemlərin aradan qaldırılmasını və ABŞ-ın nüfuzunun yenidən bərpa edilməsini arzulayrısa, münaqişələrin həllinə çalışacaq və beynəlxalq hüququn prinsiplərinə üstünlük verəcək".

sia.az

Digər xəbərlər