PDF Oxu

Siyasət

  • 17

“Burada məqsəd müavinətləri birbaşa məcburi köçkünlərə çatdırmaqdır” ŞƏRH

“Burada məqsəd müavinətləri birbaşa məcburi köçkünlərə çatdırmaqdır” ŞƏRH

"Ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı onların əvvəlki xərc və kommunal müavinətlərin bir başa pul vahidi ilə əvəzlənməsinə hesablanıb". Bunu SİA-ya açıqlamasında Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilən millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, bundan sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər onlara ayrılan müavinətlərdən necə səmərəli istifadə edəcəklərini özləri müəyyənləşdirəcəklər: "Əvvəllər onlar üçün çörək pulu ayrılırdı və bu məvacib onların kartlarına otururdu. Bundan başqa kommunal xərclərlə bağlı onlara müəyyən güzəştlər var idi ki, bu da dövlət komitəsi tərəfindən həmin təşkilatların hesablarına köçürülürdü. Lakin bu fərmana əsasən ayrılan vəsaitlər nağd pul şəklində həssas təbəqənin özünə çatdırılacaq və onlar bu müavinətlərdən öz yaşadıqları şəraitə uyğun istifadə edə biləcəklər. Bir sözlə, burada məqsəd onlara ayrılan müavinətləri bir başa məcburi köçkünlərə çatdırmaqdan ibarətdir. Bununla da məcbur köçkünlərə ayrılan vəsaitlərlə əlaqədar neqativ halların və müəyyən söz-söhbətlər aradan qaldırılmış olacaq. Bu baxımdan cənab Prezidentin fərmanı yüksək qiymətləndirilir və ölkəmizdə məcburi köçkünlərə nə dərəcə diqqət göstərildiyini bir daha sübut etmiş olur".

sia.az

Digər xəbərlər