"Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dair atılan addımların davamıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.Onun sözlərinə görə, məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsi olduğu üçün onlara daha çox diqqətin ayrılması təqdirəlayiq haldır: "Azərbaycan Prezidenti cəmiyyətin bütün təbəqələrinə qarşı diqqətlidir, lakin məcbur köçkünlərlə bağlı məsələlərə ölkəmizdə xüsusi yer ayrılır. Bu baxımdan dövlət başçısının fərmanı əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi onlara göstərilən qayğının bariz nümunəsidir. İnanırıq ki, Dövlətimiz tərəfindən belə addımlar davamlı olacaq. Çünki, ölkə vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi cənab Prezidentin prioritetlərindən sayılır". "Güman edirəm ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər də onlara ayrılan müavinətlərdən səmərəli istifadə edəcəklər "- deyə, F. İbrahimli əlavə edib.
sia.az