PDF Oxu

Siyasət

  • 16

Fəttah Heydərov: "Məcburi köçkünlərə göstərilən qayğı davamlı olacaq" AÇIQLAMA

Fəttah Heydərov: "Məcburi köçkünlərə göstərilən qayğı davamlı olacaq" AÇIQLAMA

"Azərbaycan Prezidenti ölkədə aparıcı qüvvə olaraq bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili, Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov deyib. Onun sözlərinə görə, 27 il bundan yağı düşmənin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir: "Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq". F. Heydərov əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: "Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. İnşallah onlar da tezliklə yerinə yetəcək".

sia.az

Digər xəbərlər