"Azərbaycan Prezidentinin Ali Baş Komandan kimi orduya verdiyi hal-hazırki qiymət daha düzgündür". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin vaxtında Azərbaycan ordusunun indiki vəziyyəti arasında xeyli fərqi var idi: "Çünki o zamanlar hər şey maraqlar üzərində qurulmuşdu. Səfər Əbiyevin ətrafında olan bir qrup adam Azərbaycan ordusunun hesabına milyaner oldu. Hazırki zamanda isə ölkəmizin ordusu əvvəlki 15-20 ildə qazanmadığı texniki hərbi uğurlar qazanır. Dövlətin orduya ayırdığı bütün vəsait tam təyinatı üzrə xərclənir. Yəni hal-hazırda Azərbaycan ordusunun hazırlıq səviyyəsi, texniki təminatı, hərbi silah-sursat təminatı, hazırlığı o səviyyədədir ki, artıq dünya üzrə 10-luqda təmsil olunur. Təbii ki, bu, qürurverici bir məsələdir. Azərbaycan ordusu ötən ilin aprel döyüşlərində nəyə qadir olduğunu bir daha ortaya qoydu. Ordu daima Ali Baş Komandanın yoxlaya biləcəyi prinsipi əsas götürərək daim tam hazır vəiyyətdə olur".
sia.az