PDF Oxu

Siyasət

  • 53

YAP Biləsuvar rayon təşkilatı Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Biləsuvar rayon təşkilatı Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Uğurla həyata keçirilən siyasi və iqtisadi islahatlar Biləsuvar rayonunun kəndlərinə də öz müsbət təsirini göstərib

Biləsuvar rayonunun Xırmandalı kəndində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib. Partiyanın rayon təşkilatından "SƏS"ə daixl olan məlumata görə, iclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının sədri Firidun Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verib. Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq, bildirib ki, YAP-ın kənd əhalisi arasında böyük nüfuzu var və bu faktor özünü bütün seçki proseslərində, eləcə də, digər mühüm ictimai-siyasi hadisələrdə sübuta yetirib. Vurğulanıb ki, ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olması üçün təbliğat işini genişləndirib: "Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 35 faizini gənclər təşkil edir".

Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının təlimatçısı Akif Kazımov Biləsuvar rayonunun inkişaf etmiş rayonlardan biri olduğunu qeyd edərək, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Biləsuvar rayonunun kəndlərinə, o cümlədən, Xırmandalı kəndinə də öz müsbət təsirini göstərib.

Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon təşkilatı partiyanın aparıcı rolunun yüksəldilməsinə bundan sonra da daha əzimlə səy göstərəcəkdir.

Sonra çıxış edənlər - partiya fəalları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağında Firidun Hüseynov yenidən ərazi ilk partiya təşkilatına sədr seçilib. Eyni zamanda, təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri seçiliblər. Yığıcağda YAP Biləsuvar rayon təşkilatının konfransına 8 nəfər nümayəndə seçilib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər