PDF Oxu

Siyasət

  • 131

Xələf Xələfov: “Xəzər dənizi beynəlxaq layihələrin mühüm tərkib hissəsidir”

Xələf Xələfov: “Xəzər dənizi beynəlxaq layihələrin mühüm tərkib hissəsidir”

"Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Nazir müavinin sözlərinə görə, bəməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam edir: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcək.Hazırda, Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılmaqdadır. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər, Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik".

sia.az

Digər xəbərlər