PDF Oxu

Siyasət

  • 38

"Bu göstərir ki, Azərbaycan işğal edilən ərazilərini bərpa edəcək" ŞƏRH

"Bu göstərir ki, Azərbaycan işğal edilən ərazilərini bərpa edəcək" ŞƏRH

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı böyük əhəmiyyət daşıyan sənəddir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Millət vəkilinin sözlərinə görə, sözügedən sərəncam sadəcə bir kəndin bərpa edilməsi deyil, ümimilikdə işğal altında olan ərazilərimizin azad edildikdən sonra bərpasına yönəlik dövlət siyasətinin bir addımıdır. Bu bir daha göstərir ki, Azərbaycan dövləti işğal edilən bütün ərazilərini bərpa edəcək və məcburi köçkünlər daimi yaşayış yerərinə qayıdacaqlar".M. Qasımlı əlavə edib ki, sözügedən sərəncam həmçinin göstərir ki, Azərbaycan heç zaman ərazilərinin işğalı ilə barışmayacaq, sülh yolu ilə alınmasa, hərbi yolla da olsa tarixi torplaqlarını düşmənin işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa edəcək.

sia.az

Digər xəbərlər