Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı çox ciddi sərəncam torpaqlarımıza qayıdışa bir işarədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.Sərəncamın məcburi köçkünlərdə ruh-yüksəkliyi yaradacağını dilə gətirən millət vəkili söyləyib ki, bunun nəticəsidir ki, artıq 190 ailə ora qayıtmaq istəyir: Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da açıqlamasında bildirdi ki, Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə yaşamaq üçün 190-dan ailə müraciət edib. Ötən il aprel döyüşləri zamanı Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində əldə etdiyimiz yüksəkliklər nəticəsində artıq həmin kənd tam təhlükəsizdir. Bilirsiniz ki, orada 1 ailə yaşayırdı və ilkin olaraq 50 ailənin ora köçürülməsi nəzərdə tutulur. Bu çox sevindirici haldır. Bu baxımdan Prezident tərəfindən imzalanan sərəncam çox vacib qərar idi". Millət vəkili əlavə edib ki, Ölkə başçısının imzaladığı sərəncam eləcə də insanların torplaqlarımızın tezliklə geri qaytarılması ilə bağlı inamını daha da artırdı: "Gün o gün olsun bütün Qarabağ əhli sevinsin".
sia.az