PDF Oxu

Siyasət

  • 112

Siyasi şərhçi: “Antiterror əməliyyatlarını həyata keçirmək daim gündəmdədir” AÇIQLAMA

Siyasi şərhçi: “Antiterror əməliyyatlarını həyata keçirmək daim gündəmdədir” AÇIQLAMA

"Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün bizim ən prioritet istiqamətimiz və məsələmizdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, bu münaqişənin həllində də diplomatik səylərlə yanaşı, bir metod kimi suverenlik çərçivəsində, ərazi bütövlüyü çərçivəsində işğal olunan torpaqlarda antiterror əməliyyatlarını həyata keçirmək imkanı daim gündəmdədir.Aprel hadisələri bir daha göstərdi ki, bunu həyata keçirmək üçün Azərbaycan ordusu daima hazırdır. Bu gün Azərbaycan ordusunun istər silah və sursat, istərsə də digər təminatı ən yüksək səviyyədədir, bundan başqa orduda ruh yüksəkliyi var. Bu isə silahlı qüvvələr qarşısında qoyulan hər bir tapşırığın yerinə yetirilməsi deməkdir".

sia.az

Digər xəbərlər