"Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam hər kəs tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu sərəncam Azərbaycan vətəndaşlarının ürəyindən keçən arzunun reallaşmasıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, Azərbaycan xalqının gözü Qarabağa gedən yoldadır: "Biz artıq bu yoldayıq. Aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əmin olduq. Prezidentimizin cəsarətli, qətiyyətli, prinsipial mövqeyi ortadadır. Dövlət başçısının hərbi şəhərciyin açılışında söylədiyi hər bir cümlə Azərbaycan vətəndaşına bir mesaj, çağırış idi. Həqiqətən də Qarabağın işğaldan azad edilməsinə, böyük qələbənin yaxında olduğuna hamımız əminik".
Millət vəkili bildirib ki, Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı seçiciləri yüksək əhval ruhiyyə ilə qarşlayıb: "Mən cənab Prezidentə seçicilərim adından təşəkkürümü bildirirəm. Bu sərəncam gənclərimizdə də çox yüksək əhaval-ruhiyyə yaradıb. Hər kəs müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrini gözləyir ki, Qarabağın işğaldan azad edilməsinə öz töhfəsini versin".
sia.az