PDF Oxu

Siyasət

  • 135

“Vizanın sadələşdirilməsi hər iki ölkəyə gələn turistlərin sayını artıracaq” Səfir

“Vizanın sadələşdirilməsi hər iki ölkəyə gələn turistlərin sayını artıracaq” Səfir

Bakıda Hindistanın Respublika Gününün 68-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət xadimləri iştirak edib. Səfir Sanjay Rana ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açıb. Diplomat bildirib ki, 1945-ci ilin avqustunda Hindistan müstəqilliyini qazandıqdan və ölkə konstitusiyası qəbul olunandan sonra Hindistan qüdrətli dövlətçiliyini bərpa etdi. Hazırda Hindistan nüvə enerjisi istehsal edir, böyük sənaye potensialına malikdir. Hökumət insanların yaşayış səviyyəsini yüksəltmək üçün əlindən gələni edir. Dövlətimiz insanların savadlanması üçün proqramlar həyata keçirir. Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışan S.Rana bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır: "Biz Azərbaycanla sıx əməkdaşlıq edirik. Xüsusilə enerji sahəsində əlaqələrimiz genişdir. İki ölkə arasında qarşılıqlı səfərlər həyata keçirilir, bu, gələcəkdə də davam edəcək. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur və bu münasibətlə Hindistan-Azərbaycan dostluq festivalı keçirəcəyik".

Səfirin sözlərinə görə, Azərbaycanla-Hindistan arasında viza prosesi sadələşdirilib ki, bud a hər iki ölkəyə gələn turist və iş adamların sayını artıracaq.

Çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxışında Hindistan xalqını və dövlərini Azərbaycan hökuməti və xalqı adından təbrik edib. O deyib ki, iki ölkə arasında yaradılmış iqtisadi komissiya əlaqələrin inkişafında böyük iş görür. Nazirin sözlərinə görə, Azərbaycan əlaqə qurduğu ölkələrlə etibarlı əməkdaşlıq etməkdə israrlıdır. Azərbaycanın əczaçılıq, yüksək texnologoyalar sahəsində Hindistanla birgə fəaliyyətdə maraqlı olduğunu əlavə edib.

sia.az

Digər xəbərlər