PDF Oxu

Siyasət

  • 307

Ermənistan hakimiyyətində daxili savaş

Ermənistan hakimiyyətində daxili savaş

Karen Karapetyan Serj Sarkisyana qaşrı start vəziyyəti alıb

Ermənistanın baş naziri Karen Karapetyan hakim Respublika Partiyasının iclasında bu təşkilatın birinci vitse-prezidenti, eləcə də, siyasi komissiyanın sədri seçilib. Beləliklə, K.Kapetyan 2016-cı ilin 26 noyabrında hakim partiyaya üzv yazıldı və artıq 2 aydan sonra - 2017-ci ilin 26 yanvar tarixində Respublika Partiyasının, faktiki olaraq, ikinci adamına çevrildi. İki gün bundan öncə isə Saerj Sarkisyandan sonra olan ikinci adam olmuş Ovik Abraamyan iqtidar partiyasının sıralarını tərk etmişdi. Məhz bu iki hadisənin bir-biri ilə mütləq bağlantısının olması reallıqdır və görünür, O.Abraamyan RP-dakı ikinci adam kimi, aşağı statusda qalmaq marağında olmayıb. Beləliklə, qısa müddət ərzində, Karapetyan-Abraamyan dilemmasına Karapetyanın xeyrinə son qoyulmuş oldu. Yaxud O.Abramyanın zərərinə başa çatdı. Əlbəttə ki, bu dilemmanın nəticələrinin sonradan kimə daha çox səmərə, ya da zərər verəcəyini də zaman göstərəcək. Çünki ortada daha bir dilemma da var. Bu, Serj Sarkisyan-Karen Karapetyan dilemması, daha dəqiqi isə, qarşıdurmasıdır. Ümumilikdə götürəndə Karapetyan RP-da ikinci adam olmaqla, artıq onun hakimiyyət uğrunda start vəziyyətini almasını düşünmək olar.

Abraamyan-Karapetyan dilammasından Karapetyan-Sarkisyan dilemmasına doğru

Reallıqlardan biri də budur ki, Abraamyanla Karapetyanın başı bir qazanda qaynaya bilmədiyinə görə, hakim partiyada Karapetyanla Sarkisyanın da başının bir qazanda qaynaya biləcəyi mümkünsüz görünür. Çünki gec, ya tez, onlardan biri getməlidir. Belə ki, uzağı 2018-ci ilin aprelində S.Sarkisyan öz postunu tərk edəcək.

Bu gün də bəllidir ki, Karapetyan öz qarşısına məqsəd qoyub - 2018-ci ildən sonra baş nazir postunu əlində saxlamaq. Yəni prezident gedəcəksə, hakimiyyət də buraxılacaq. Məhz ondan sonra Karapetyan öz vəzifəsini əldə saxlamaq üçün mücadilə etməli olacaq. Və çox yəqin ki, hazırkı məqqamda Moskvadan kifayət qədər dəstək almağı bacarıb...

Başqa tərəfdən, S.Sarkisyan hələ bir il prezident postunda qalacaq və onun əlində güc orqanları qalmaqda davam edəcək. Buna rəğmən, Moskvanın da müəyyən seçimləri üçün vaxtı olacaq. Amma nəticə etibarilə bir soyadın digər soyadı dəyişməsi mümkünlüyü gündəmdədir: ya Karapetyan, ya da Sarkisyan...

Əlbəttə ki, son zamanlar Kremlin buyruqlarını əvvəlki kimi canla-başla yerinə yetirməyən, yaxud gücü tükənən Sarkisyan yenidən öncəki kimi buyruq qulu olmasını təsdiq edərsə, Karapetyan burada itirmiş olacaq.

Sarkisyan və Karapetyan hansı halda bir-birlərinin üzərində qələbə qazanmaq şanslarını itirmiş olacaqlar?

Ancaq belə olan halda, güc balansı itə də bilər. Ya Sarkisyan olan-qalan qüvvəsini Karapetyanın uzaqlaşdırılmasına sərf edib, onun üzərində qələbə qazanmalı, ya da Karapetyan eyni addımı ataraq, var qüvvəsi ilə Serjiki kürsüsündən yerə atmalıdır. Bu gün bu savaş baş qaldırıb və söz yox ki, sonda kimin-kimi uzaqlaşdıracağı qarşıdakı zamanlarda daha atdın görünəcək.

Amma bu gün Ermənistanda hakimiyyət daxilindəki savaşa girişənlər bir faktoru unudublar. Bu, Dağlıq Qarabağın ətrafında baş verən hadisələr və Azərbaycanın həmin hadisələr fonunda güclənməsidir. Əgər Azərbaycan öz əzəli torpaqlarının düşmən işğalından azad olunması üçün növbəti qətiyyətli addımını atarsa, hakimiyyət uğrunda savaş aparılan Ermənistandan əsər-əlamət belə qalmamış olacaq. Onda həm Sarkisyan, həm də Karapetyan bir-birlərinin üzərində qələbə qazanmaq şanslarını itirmiş olacaqlar. Görünür, bu barədə hələ düşünməyiblər...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər