PDF Oxu

Siyasət

  • 236

Ölkə başçısının Cocuq Mərcanlının bərpası üçün maliyyə vəsaiti ayırması erməniləri təşvişə salıb

Ölkə başçısının Cocuq Mərcanlının bərpası üçün maliyyə vəsaiti ayırması erməniləri təşvişə salıb

Ötn il tarixə aprel müharibəsi kimi yazılan və işğal altındakı torpaqlarımızın bir qisminin azad olunması ilə nəticələnən hadisələrdən sonra istər Ermənistandakı, istərsə də Dağlıq Qarabağdakı ermənilərin canlarında ciddi vəlvələ bu gün də yaşanmaqda davam edir. Bu gün erməni xalqı işğalçı və separatçı rejimlərin rəhbərlərinin yaxasından tutub, məğlubiyyətin hesabını sorur. Artıq geridə qoyduğumuz 2016-cı ilin yayında, daha dəqiq desək, iyulunda Yerevanda və Ermənistanın digər bölgələrində baş qaldırmış məlum etiraz dalğaları da belə deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli hücumları onların kabusuna çevrilmişdi. Xüsusilə, erməni əsgərlərinin valideynləri öz övladlarının başqasının torpağı uğrunda ölmələrini istəmirlər.

Azərbaycan əsgərinin tükənmiş səbri bu dəfə onlara daha möhkəm dərs verməli olacaq!

Düzdür, mövcud Serj Sarkisyan iqtidarı gözdən pərdə asmaq üçün müəyyən addımlar atdı, öldürülmüş erməni əsgərlərinin ailələrinə maddi yardımlar göstərdi, amma bu addımların nəticəsizliyi göz önündədir və əlbəttə ki, ermənilər də yaxşı anlayırlar - əgər torpaqlarımız tez bir zamanda işğaldan azad olunmasa, Azərbaycan əsgərinin tükənmiş səbri bu dəfə onlara daha möhkəm dərs verməli olacaq!

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün imzaladığı Sərəncamından sonra ermənilər həqiqətən də şok yaşamağa başlayıblar. Onlar sosial şəbəkələr, media və s. informasiya vasitələrilə Serj Sarkisyandan hesab sorurlar. Artıq erməni ictimaiyyəti yaxşı anlayır ki, Azərbaycan işğal altındakı ərazilərini, lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan edib, bu bəyanını istənilən vaxtda gerçəkliyə çevirə bilmək əzmində və iradəsindədir!

Ermənistanda ümumi əhvali-ruhiyyə pessimistdir, xalq bu addımdan ciddi sarsıntı keçirir

Beləliklə, ölkə başçımızın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamından sonra açıq və qəzəbli şəkildə qeyd olunur ki, Serj Sarkisyan cəfəngləri, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur. O cümlədən, ermənilər Srksiyanın şəxsi mənfəətləri naminə ölmək fikrində deyillər. Məhz bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və medialarda gedən informasiya şərhlərindən də kifayət qədər qənaətə gəlmək mümkündür ki, Ermənistanda ümumi əhvali-ruhiyyə pessimistdir, xalq bu addımdan ciddi sarsıntı keçirir.

Həmçnin, erməni ictimaiyyəti, müxtəlif kateoqriyalı cəmiyyət üszvləri də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirməyə başlayıblar. Ona görə də, fakt budur ki, ermənilər həm hərbi, həm də diplomatik cəhətdən Azərbaycana uduzmaqlarının fərqinə varıblar. Bəli, bu və bu kimi digər bənzər halların kökündə, məhz aprel qələbəmizin mühüm faktorları dayanır!

Ermənilərin "Fecebook", "Twitter", "VKontakte" və s. sosial şəbəkələrdəki hay-harayları bütün bunların danılmaz sübutudur!

İndi isə ermənilərin sosial şəbəkələrdəki statuslarına nəzər salaq:

Karen Mkrtçyan adlı "Facebook" istifadəçisi: "Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya" başlıqlı status paylaşaraq, içindəki vahiməni üzə çıxarmış olub.

Arut Xaçatryan adlı sosial şəbəkə istifadəçisi isə digər sosial mediada - "Twitter"də belə bir paylaşım edib: "Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sarkisyan Ermənistanı məhvə aparır".

Henrix Aşotyan "Facebook"da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: "Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi - R.N.), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir".

"Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?"

Robert Şaqinyan "Twitter"də yazıb: "Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?"

Karine Baqratyan "VKontakte" sosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: "İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə, yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum Sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?"

Ovik Karapetyan adlı birinin "Twitter"dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: "Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sarkisyan iqtidarından təngə gəlmişik".

"İlham Əliyev bir kəndin bərpası üçün xüsusi Sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sarkiysan, Ermənistan üçün nə etmisən?"

Serj Abramyan isə "Facebook"dakı paylaşımların birinə belə bir şərhlə münasibət bildirib: "İlham Əliyev təkcə bir kəndin bərpası üçün 1 milyard dramdan çox pul ayırıb. S.Sarkisyan isə ancaq ciblərini doldurmaqla məşğuldur. Çünki onu biz vətəndaşlar maraqlandırmırıq".

Edvard Şahnazaryan "Facebook"da paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: "İlham Əliyev bir kəndin bərpası üçün xüsusi Sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sarkiysan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin".

Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Hazırda Ermənistan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfərləri zamanı verdiyi mesajlar nəticəsində növbəti dəfə aprel dərsləri ilə üzləşə biləcəyindən qorxuya düşüb. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpasına qədər mübarizə aparacağını dəfələrlə bəyan edib. Ermənistanda çox yaxşı bilirlər ki, lazımi nəticələr çıxarılmasa, vəziyyət onlar üçün daha çox ağır olacaq.

...Və bu kimi statuslar artıq minlərlədir! Elə ermənilərinin özlərinin etiraf etdikləri kimi, Ali Baş Komandanımız İlham Əliyev çox yaxın zamanlarda işğal altında qalan torpaqlarımızı azad edərək, dağıdılmış, viran olunmuş ərazilərimizin bərpası üçün yeni-yeni sərəncamlar imzalayacaq. Cocuq Mərcanlı isə bütün bunların başlanğıcıdır!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər