PDF Oxu

Siyasət

  • 217

Ermənilər "konyak diplomatiyası" ilə heç nəyə nail olmayacaqlar Millət vəkili

Ermənilər "konyak diplomatiyası" ilə heç nəyə nail olmayacaqlar Millət vəkili

"Ermənistanın AŞPA-dakı nümayəndə heyəti hər sessiya zamanı Azərbaycana qarşı qarayaxma kampaniyalarının davamı kimi müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Artıq avropalı deputatlara da ermənilərin yalanları, böhtanları yaxşı məlumdur". Bunu SİA-ya açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

O bildirib ki, Azərbaycanın qurumdakı nümayəndə heyəti AŞPA-da hər zaman tutarlı faktlarla çıxış edir, sessiyaların gündəliyinə daxil olan məsələlər üzrə iş aparır: "Ermənilər isə istənilən yalan və böhtana əl atırlar. Təəssüf ki, AŞPA-da müxtəlif ölkələrdən erməniləri dəstəkləyən, ikili standartlara yol verən deputatlar da var. Lakin Ermənistan Azərbaycan əleyhinə nə qədər qarayaxma kampaniyası aparsa da, biz AŞPA-da ölkəmizin haqlı mövqeyi ilə bağlı ədalətli qərarların qəbul edildiyinin şahidi oluruq. Nümayəndə heyətimiz Səməd Seyidovun rəhbərliyi ilə çox məsuliyyətlə öz işini aparır. Millət vəkili Sahibə Qafarovanın yenidən Miqrasiya və qaçqınlar komitəsinə böyük dəstək alaraq sədr seçilməsi və digər faktlar hamısı Azərbaycan xarici siyasətinin, parlamentlər səviyyəsində aparılan uğurlu siyasətin nəticəsidir. Biz bu gün Prezident İlham Əliyevin AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu vaxtda müəyyən etdiyi çox düzgün yolla davam edirik. Nümayəndə heyətimiz ölkəmizin maraqları çərçivəsində öz fəaliyyətini uğurla qura bilib".

Millət vəkili AŞPA-nın Dağlıq Qarabağa dair hər zaman ədalətli qərar verdiyini deyib və erməni millət vəkillərinin ölkələrinin işğalçılıq siyasətini ört-basdır etmək üçün "konyak diplomatiyası"ndan istifadə etdiyini vurğulayıb: "Təbii ki, biz öz yolumuzla gedirik, belə addılmlar bizi dayandırmır, əksinə daha da fəal işləməyimizə səbəb olur. Ədalətsiz yanaşma ilə rastlaşırıq, amma son nəticədə ölkəmizin haqq səsi eşidilir. Ermənilərin bu cür qarayaxma kampaniyaları bizim mövqreyimizə heç bir təsir etmir, onlar müxtəlif böhtanlarına, siyasi etikadan kənar çıxışlarına baxmayaraq heç nəyə nail ola bilməyəcəklər".

Qeyd edək ki, bir neçə gün əvvəl AŞPA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryevə təzyiq göstərərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasına çağırıb. Millət vəkili öz "Facebook" səhifəsində yazıb ki, erməni nümayəndələrin onu konyakla ələ almağa çalışıblar.

sia.az

Digər xəbərlər