PDF Oxu

Siyasət

  • 660

Seymur Orucov: “Hər kəs bilir ki, Həbib Müntəzir kimdir və nəyə qulluq edir” AÇIQLAMA

Seymur Orucov: “Hər kəs bilir ki, Həbib Müntəzir kimdir və nəyə qulluq edir” AÇIQLAMA

"İnformasiya Kommunikasiya Texnologiyları (İKT) inkişaf etdikcə və bizim daha çox gündəlik həyatımızın bir tərkib hissəsi olduqca dezinformasiya xarakterli məlumatlar da özünü artıq qabarıq şəkildə göstərməkdədir. Virtual aləmdə nəyəsə nəzarət etmək real aləmdən qat-qat çətindir. Biz bu reallığı qəbul etməliyik". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.Sədrin sözlərinə görə, dezinformasiyalardan təkcə sosial şəbəkələrdə deyil, ümumiyyətlə cəmiyyətin hər hansı bir kəsimində belə istifadə edilməsi qəbuldilməz bir faktordur: "Amma əfsuslar olsun ki, biz bu kimi faktorlarla qarşılaşırıq. Ən pisi odur ki, xüsusilə media sahəsində bu alətdən daha çox istifadə edilir. Bəzən elə olur ki, Azərbaycan dövlətinin aparmış olduğu siyasətə qarşı, ölkəmizin xaricdəki əlaqələrinin korlanmasında və yaxud da ki, daxildəki insanların mənəvi-psixoloji durumuna qarşı da bu cür faktorlardan istifadə edilir. Bu reallıqdır və qəbul etməliyik.Son zamanlar özünü azərbaycanı adlandıran əslində isə amalı, məqsədi başqa dövlətlərə qulluq edən və onların maşasına çevrilmiş Həbib Müntəzir kimi insanlar görün nə qədər yollarını azıblarsa hər bir yola əl atırlar. Bu kimi şəxslərin insanların hissiyatı ilə oynaması ondan xəbər verir ki, artıq bunlar azərbaycanlı deyillər. Təbii ki, bunlarla mübarizə aparmaq bir qədər çətin məsələdir. Reallıq odur ki, artıq hər kəs bilir ki, Həbib Müntəzir kimdir və nəyə qulluq edir".

yap.org.az

Digər xəbərlər