"Konyak diplomatiyası" ermənilərin köhnə vərdişidir və illərdir ki, davam edir. Təkcə bu deyil, daha öncə qədim peşənin sahiblərinin vasitəsilə Ermənistanın ayrı-ayrı ölkələrin diplomatlarını ələ alınması ilə bağlı da president var". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanı himayə edən ölkələrin nümayəndələrinə qarşı da vaxtilə bu presidentdən istifadə edilib: "Ona görə də Ermənistan istənilən yola, vasitəyə əl ata bilər ki, Azərbaycana qarşı iddialarını bu və ya digər şəkildə təmin etsin və ayrı-ayrı dairələri, siyasətçiləri ölkəmizin əleyhinə yönəltsin. Azərbaycanla bağlı ermənilər, erməni diasporası tərəfindən uydurulan mülahizələr öz təsdiqini tapmadı və əsassız olduğu dəfələrlə sübuta yetirildi. Ermənilərin köhnə adətidir ki, öz əməllərini başqasının adına yozsunlar. AŞPA-nın qış sessiyasında ukraynalı deputatla bağlı president də sübuta yetirir ki, ermənilər bu vasitədən əl çəkməyiblər. Çünki bu vasitə onların mahiyyətinə uyğundur. Tarixən Mesopotamiyadan Anadolu torpaqlarına köç edəndə də qadınları vasitəsilə bu missiyasnı yerinə yetirməyə çalışıblar. Anadoludan və İrandan Azərbaycan torpaqlarına köçürüləndə də eyni vasitədən istifadə ediblər. İndi də eyni yolu tutublar, yəni bu, ermənilərə xas olan bir xüsusiyyətdir".
Qeyd edək ki, bir neçə gün əvvəl AŞPA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryevə təzyiq göstərərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasına çağırıb. Millət vəkili öz "Facebook" səhifəsində yazıb ki, erməni nümayəndələrin onu konyakla ələ almağa çalışıblar.
sia.az