PDF Oxu

Siyasət

  • 403

“Xocalı soyqırımı: 25 il yaddaşımızda” Müsabiqə

“Xocalı soyqırımı: 25 il yaddaşımızda” Müsabiqə

"Xocalı soyqırımı: 25 il yaddaşımızda" Soyqırımı ilə bağlı Nizami rayonunun məktəbliləri arasında inşa və rəsm müsabiqələrinə start verilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzetinin və "Bakcell" şirkətinin dəstəyi ilə "Xocalı soyqırımı: 25 il yaddaşımızda" mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib.SİA-nın məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, "Bakcell" şirkətinin rəsmisi Vəfa Abdullayeva Xocalı soyqırımının insanlığa qarşı ən dəhşətli cinayət olduğunu bildiriblər. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüblər. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.İnşa müsabiqəsi komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə isə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamını xüsusi qeyd edib.Vüqar Rəhimzadə bildirib ki, elan edilən müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq. İnşa yazı müsabiqəsinə iki dildə - Azərbaycan və rus dillərində yazılar qəbul ediləcək. Bununla da Prezident İlham Əliyevin multikulturalizm siyasətinə, ölkəmizdəki tolerant dəyərlərə verilən önəm bir daha qabardılacaq. Eyni zamanda, bununla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyi bir daha ifadə ediləcək.Bildirilib ki, inşa və rəsm müsabiqəsi Nizami rayonu ərazisində 30-dək təhsil müəssisələri arasında keçiriləcək. Qəbul ediləcək inşa yazıları və rəsm əsərləri xüsusi komissiya tərəfindən yoxlanılacaq.Sonda müsabiqənin qalibləri mükafatlandırılacaqlar.

sia.az

Digər xəbərlər