PDF Oxu

Siyasət

  • 225

Aydın Quliyev: “Prezidentin Sərəncamı dünyaya bir mesaj idi” AÇIQLAMA

Aydın Quliyev: “Prezidentin Sərəncamı dünyaya bir mesaj idi” AÇIQLAMA

"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycanın tarixində, xüsusilə də Qarabağ münaqəşisinin ədalətlə həlli uğrunda ölkəmizin diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən, faktlardan biri kimi qalacaq". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bəziləri buna hansısa bir kəndin bərpa olunması kimi baxa bilərlər. Amma bir kəndin bərpasına yönlik bu proseslərdə Prezidentin Sərəncamı mahiyyət etibarilə böyük mətləblərdən xəbər verir: "İlk əvvəl Azərbaycanın iqtisadi potensialının və iqtisadi qüdrətinin düşmənlər qarşısında nümayiş olunmasının çox əyani bir nümunəsidir. Hansı ki, dünya ölkələri, bizim qonşularımız – Ermənistan və digər ölkələr dərin böhran içərisində olsalar da elə Azərbaycanın özü də o ölkələrlə müqayisədə böhran əlamətləri, çətinliklər yaşasa da özünün iqtisadi potensialını əsas götürərək heç bir xarici dövlətdən müəyyən yardımlar, dəstək almadan işğaldan azad olunmuş torpaqlarının bərpasını yüksək səviyyədə həyata keçirmək əzmini nümayiş etdirir. Bax bu, sərhəd bölgələrində Ermənistan kimi düşmənlərimizin qarşısında çox əhəmiyyətli bir demarşdır. Qoy, bütün Ermənistan xalqı görsün ki, Azərbaycan işğaldan azad olunmuş torpaqlarını həm bərpa etməyə iqtisadi cəhətdən güclüdür, qüdrətlidir, həm də heç bir dövlətə ehtyac duymur".A.Quliyev əlavə edib ki, cənab Prezidentin bu Sərəncamı bütün dünyaya birdaha nümayiş etdirdi ki, Qarabağ probleminin həlli nə qədər uzansa da Azərbaycan heç vaxt öz torpaqlarının hətta bir qarışını da unutmaq fikrində deyil: "Düşünürəm ki, bu da dünya miqyasında çox maraqlı bir mesaj oldu. Digər bir tərəfdən Cocuq Mərcanlı kəndinin bərpa olunması, orada yaşayan insanlarımızın öz doğma yurdlarına qayıtması dünya birliyinə əhəmiyyətli mesaj idi. Sübut olundu ki, hadisədən nə qədər vaxt keçməsinə baxmayaraq azərbaycanlılar öz doğma yurdlarına qayıtmağın həvəsindədirlər. Həmin yerlərin bərpa olunması isə bu yerlərdə yaşayan insanlar üçün çox vacib bir həyatı məqsədə çevrilib. Ən əhəmiyyətli bir cəhət ondan ibarətdir ki, dövlət başçısının bu Sərəncamı və Sərəncama uyğun olaraq Cocuq Mərcanlıda aparılan abadlıq işləri dünyanı bir daha düşünməyə vadar edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarını nə qədər ki, geri qaytarmayıblar, nə qədər ki, bu torpaqlar Ermənistanın hərbi işğalı altındadır və nə qədər ki, o torpaqlardakı normal sosial, demoqrafik proseslərə nəzarət olunmur həmin Ermənistanın işğalı altındakı torpaqlar bütün regionda sülh üçün böyük təhlükədir. Çünki bu gün orada narkoticarət, terrorizm və s. baş alıb gedir".

sia.az

Digər xəbərlər