"ABŞ dünyəvi dövlətdir və bu dəyərlər onun Konstitusiyasında, eləcə də digər sənədlərdə öz əksini tapıb. ABŞ-da yəhudilər, buddistlər, müsəlmanlar yaşayır. Bu baxımdan ölkədə hansısa dini ayr-seçkilik ABŞ-ın dəyərlərinin təməl sənədlərinə zidd ola bilər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ABŞ prezidenti Donald Trampın bəzi müəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, sözügedən fərmanın imzalanması ABŞ prezidentinin də söylədiyi kimi təhlükəsizlik məqsədi daşıyır: " Bu gün ABŞ prezidenti Donald Trampın özü də açıqladı ki, bu fərman müsəlmanlara qarşı deyil. Sənəddə sadəcə olaraq terroru dəstəkləyən ölkələr nəzərə alınıb. Burada söhbət təhlükəli təşkilatlardan gedir"."Bilirsiniz ki, ABŞ-da terroru dəstəkləyən ölkələrin siyahısı var. Bundan başqa siyahıda hansı ölkələrdə terrorun fəal olması öz əksini tapıb.Bu baxımdan ABŞ prezidenti bildirdi ki, o bu addımı məhz təhlükəsizlik məqsədi ilə atıb. O ki qaldı qərarın düzgün və yalnızşlığına düşünürəm ki, bunu Amerika xalqı özü həll etməlidir"- deyə, millət vəkili əlavə edib.
sia.az