PDF Oxu

Siyasət

  • 567

"Son 3 ildə regionlarımızla bağlı qarşıya qoyulan məqsədlər yerinə yetirilib" AÇIQLAMA

"Son 3 ildə regionlarımızla bağlı qarşıya qoyulan məqsədlər yerinə yetirilib" AÇIQLAMA

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" mərhələli şəkildə yerinə yetirilir. Beynəlxalq aləmdə baş verənlərə baxmayaraq, ölkəmizdə son 3 ildə regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd yerinə yetirilib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Fəzail İbrahimli deyib.Onun sözlərinə görə, keçmiş MDB məkanında və Avropa ölkələrində baş verən iqtisadi böhran, Azərbaycan manatının devalvasiyası, neftin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, ölkəmizdə sosial proqramların heç birində axsama qeydə alınmayıb, bu istiqamətdə bütün addımlar atılıb: "Ölkə başçısının rəhbərliyi ilə ötən ilin yekunlarına dair müşavirədə, eləcə də ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında ifadə olunduğu kimi, Azərbaycan böhranı çox az təsirlərlə adlaya bilib. Düzdür, manatın devalvasiyası ümumi işlərimizə müəyyən təsirlərini göstərə bilir, lakin Azərbaycan bu proseslərin qarşısında dayanmağı bacarır".Millət vəkili qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün strukturların qarşısında bir vəzifə var ki, o da bu böhrandan az itki ilə çıxmaqdan ibarətdir: "Bu istiqamətdə proseslər davam edir və dünyada baş verənlər əsasında yeni addımlar atılır. Bilirsiniz ki, neftin qiymətinin ucuzlaşması neft gəlirlərimizi azaldıb. Lakin buna baxmayaraq, ölkədə həyata keçirilən bütün proqramlar yüksək səviyyədə icra olunur. Burada geriləmə, dayanma prosesi yoxdur. Sadəcə olaraq zamanın tələbinə uyğun olaraq, yeni addımlar müəyyənləşir, iqtisadi proseslər sürətləndirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra proqramlar var ki, orada pambıqçılıq, fındıqçılıq, üzümçülüyün inkişafına xüsusi yer ayrılır. Ümumiyyətlə, regionların sosial iqtisadi inkişafına dair proqramlar əsasında kənd-təsərrüfatına verilən əhəmiyyət, sahibkarlara edilən güzəştlər ümumi inkişafa təkan verən amillərdir".Xatırladaq ki, bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

sia.az

Digər xəbərlər