PDF Oxu

Siyasət

  • 640

Politoloq: “Azərbaycanın inkişafı Sarkisyanın fikirlərinə təsir edir” MÖVQE

Politoloq: “Azərbaycanın inkişafı Sarkisyanın fikirlərinə təsir edir” MÖVQE

"Ermənistan prezidentinin "müharibə münaqişənin həllinə heç nə verməyəcək" fikri referendum seçkisi ərəfəsində daxili auditoriyaya hesablanıb". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, ola bilsin düşmən ölkə rəhbəri referendum seçkilərinə qədər öz xalqına qarşı yumşaq, Azərbaycana qarşı sərt danışsın: "Amma sonradan o, bu fikirlərini dəyişəcək. Çünki zaman, həmçinin hadisələrin gedişi onu buna məcbur edəcək. Artıq ermənilərin təxribatları, yalan və riyakarlığı hər kəsə məlumdur. Ermənistan rəhbərliyi seçkilərdə hakim partiyanın mövqeyini hansısa formada qoruyub saxlamağa çalışdığından bu cür fikirlər söyləməklə siyasi gedişlərə əl atırlar. Lakin hələlik Sarkisyan bu gedişlərdən yalnız öz marağı üçün istifadə edir. Əslində bu Ermənistanın deyil, Sarkisyanın şəxsi maraqlarıdır". Politoloq qeyd edib ki, Sarkisyanı belə fikir ifadə etməsinə məcbur edən səbəblərdən biri Azərbaycan Prezidentinin işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı fərmanıdır: "Biz ermənilərə göstərməliyik ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı, eyni zamanda ərazimizdə yaşayan, qanunlarımıza tabe olan ermənilərə hər cür kömək etmək niyyətindədir. Artıq Ermənistanda bunu kifayət qədər dərk edirlər. Azərbaycan prezidentinin ciddi və kəskin çıxışları, Rusiyanın öz imicini bərpa etmək məqsədilə Azərbaycanı əldən buraxmaması, Rusiya-Azərbaycan arasında münasibətlərin yaxşılaşması, bütün hallarda ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi üçün hər şeyə hazır olması düşmən ölkə prezidentini bu cür çıxışlara vadar edir. Bununla Ermənistan öz əhalisinə müharibə etmək istəmədiklərini çatdırmaq istəyir. Onsuzda Ermənistanın gücü, iqtisadi və hərbi imkanları çox aşağıdır".C. Nuriyev əlavə edib ki, Ermənistanın bütün təxribatlarına baxmayaraq, Azərbaycan ordusu tam hazır olmaqla yanaşı, xalqımız da bu sahədə böyük ruh-yüksəkliyinə malikdir: "Azərbaycanda 30 mindən çox erməni yaşayır. Ermənistan ölkəmizdə olan mövcud vəziyyətlə bağlı müəyyən informasiyalara malikdir. Bütün bunlar Sarkisyanın tez-tez fikir dəyişməsinə səbəb olur. Lakin Azərbaycan bu istiqamətdə konkret addımlar atır, tezliklə münaqişənin həlli ilə bağlı müsbət hadisələrin olacağına inanıram".

sia.az

Digər xəbərlər