PDF Oxu

Siyasət

  • 68

YAP Qaradağ rayon təşkilatı konfrans keçirib

YAP Qaradağ rayon təşkilatı konfrans keçirib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir. Bu gün YAP Qaradağ rayon təşkilatı 8 saylı BPL ərazi ilk partiya təşkilatında hesabat seçki yığıncağı keçrilib. Yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov iştirak edib.

Keçirilən yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Qulam Nəzərovun hesabatı dinlənilib, ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

İclasda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edilib ki, YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. YAP Qaradağ rayon təşkilatı da rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirərək vətəndaşların partiyaya və dövlətçiliyə münasibətlərinin ifadəçisinə çevrilib.

sia.az

Digər xəbərlər