PDF Oxu

Siyasət

  • 175

Ermənistan dövlət olaraq mövcudluğunu itirə bilər

Ermənistan dövlət olaraq mövcudluğunu itirə bilər

Qabil Hüseynli: "Ermənistanın heç bir siyasi-iqtisadi və hərbi gücü yoxdur"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar Ermənistanının qeyri-konstruktiv siyasəti səbəbindən, hələ ki, nəticəsiz qalmaqdadır. Bu da Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən olan aprel döyüşlərinin yenidən təkrarlanacağı ehtimallarını getdikcə artırmaqdadır. Çünki Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra sülh danışıqlarının aparılması üçün Sarkisyan rejimi heç bir imkan yeri qoymur. Aprel döyüşlərindən sonra Sarkisyan danışıqlar masasına oturmaqdan yayınması da, müharibə ehtimallarını gücləndirməkdədir. Yaranan yeni situasiyada daha çox Rusiya tərəfi fəal olsa da, ATƏT-in digər həmsədr ölkələri də aktivlik göstərməyə tələsmir, ən azı münaqişəsinin aktiv fazaya keçməsinin qarşısını almağa çalışırlar. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edirlər. Politoloq Qabil Hüseynli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, tarixə nəzər salsaq, hər zaman Rusiyanın Ermənistanla normal münasibətlərinin olduğunu görmək mümkündür: "Təsadüfü deyil ki, bu gün Rusiyanın siyasi rəhbərliyi Ermənistanı özünün forpostu və strateji tərəfdaşı hesab edir. Bu baxımdan, Dağlıq Qarabağ ətrafındakı ərazilərin, yəni yeddi rayonun işğal edilməsində rus ordusu yaxından iştirak edib. Rusiya tərəfi işğalçı ölkə olan Ermənistanı özünə ən yaxın müttəfiq hesab edir. Demək olar ki, hər zaman sözügedən ölkə, Ermənistanın Dağlıq Qarabağla bağlı iddialarını müdafiə etməkdədir". Politoloq onu da bildirdi ki, Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri, ölkələrindən biri olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll sülh yolu ilə həll olunmasında qeyri-konstruktiv mövqe tutmaqda davam edir: "Bir sözlə, Rusiya regionda öz siyasi maraqlarını həyata keçirmək üçün işğalçı ölkə olan Ermənistandan bir vasitə kimi istifadə edir. Heç kimə sirr deyil ki, Ermənistan siyasi və iqtisadi cəhətdən Rusiyadan asılıdır. Çünki bu ölkənin dövlət kimi var olmasının səbəbkarı Rusiyadır. Bu gün hər kəsə çox yaxşı məlumdur ki, Ermənistanın heç bir siyasi-iqtisadi və hərbi gücü yoxdur. Bütün bunlar isə Ermənistana öz gücü ilə ayaqda durmasına imkan yaratmır. Bu baxımdan, Rusiyanın sözügedən münaqişənin ədalətli və beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsinə çalışacağına inanmaq bir qədər çətindir. Bu səbəbdən də, Fransa kimi, Rusiya da Dağlıq Qarabağ probleminin həllini uzadan və bu münaqişənin donmuş vəziyyətə gətirən dövlətlərdən biri hesab edilməlidir".

GÜLYANƏ

Digər xəbərlər