PDF Oxu

Siyasət

  • 452

Ermənistanın başı üzərini qara buludlar alır

Ermənistanın başı üzərini qara buludlar alır

"2 aprel Sarkisyan rejiminin sonu ola bilər"

Bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Ölkədəki böyük sosial narazılıqları, siyasi xaosu nəzərə alsaq, bu baxımdan, Ermənistandakı seçkilər böyük maraq doğurur. Əvvəlla, ona görə ki, ölkəni mafiya qanunları ilə idarə edən, erməni xalqının on illərdir həllini tapmamış sosial problemlərinin bundan sonrakı həllini daha da mümkünsüz edən Sarkisyan rejimi çətin dilemma qarşısında qalıb. Vəziyyət o həddə çatıb ki, Ermənistanda ən cılız siyasətçi belə özünü Sarkisyana rəqib görür, onu açıq şəkildə debata çağırır. Siyasət meydanında yeni isimlər peyda olmağa başlayır. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə keçmiş xarici işlər naziri, "Birlik" Partiyasının sədri Vardan Oskanyanla görüş keçirib. S.Ohanyan artıq seçkidə iştirak etmək niyyətini bəyan edib. O, Ermənistanın prezident aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın yaratdığı "Üçüncü Respublika" partiyasına rəhbərlik edəcək. Yeni partiyanın Serj Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir. S.Sarkisyana qarşı müxalifətə keçən şəxslərdən biri də keçmiş baş nazir Ovik Abramyandır. O, bu günlərdə hakim Respublika Partiyasının sıralarını tərk edib. Onun iri oliqarx, Robert Koçaryanın əsas biznes tərəfdaşı Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyasına üzv olacağı bildirilir. Eyni zamanda, Vardan Oskanyan da yanvarın 26-da "Nyus.am" saytına verdiyi müsahibə zamanı "Sarukyan" blokuna birləşəcəyini istisna etmədiyini bildirib. Bütün bunlar yaxın vaxtlarda Ermənistanda gərgin seçki prosesinin yaşanacağından xəbər verir.

Politoloq: " Azərbaycan Prezidentinin Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı isə Ermənistan cəmiyyətində, hətta Sarkisyanın öz komandasında da şok effekti yaratdı"

Ermənistandakı son psosesləri şərh edən BAXCP-in sədr müavini, politoloq Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında bildirib ki, ilk dəfədir ki, Ermənistanda seçkilər bir-birindən kəskin fərqlənən 2 fərqli şüar altında keçirilir: "Bundan öncə, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistandakı bütün siyasi qüvvələr eyni ritorikaya üstünlük verirdilər. Aprel döyüşlərindən sonra isə vəziyyət dəyişib və Ermənistan cəmiyyəti artıq başlarının üzərində təhlükəsizlik çətirinin olmadığını anlayır, müharibə xofu cəmiyyəti daha da parçalayıb. İndi Sarkisyanın saxta vətənpərvərlik ritorikasına qarşı sabiq prezident, Azərbaycan torpaqlarının işğalı prosesinə rəhbərlik etmiş Levon Ter-Petrosyanın "Sülh və Yaxın Qonşuluq" şüarı dayanır. Sarkisyanın 2 aprel məğlubiyyətini unutdurmaq üçün parlament seçkilərini bu günə təyin etməsi də, heç bir nəticə vermədi. Daha doğrusu, əks-effekt verdi. Azərbaycan Prezidentinin Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı isə Ermənistan cəmiyyətində, hətta Sarkisyanın öz komandasında da şok effekti yaratdı. Bu baxımdan, Sarkisyan hakimiyyətinin seçkilərə ağır bir təzyiq altında getdiyi açıq-aşkar görünür. Çox güman ki, Sarkisyan rejimi, ənənəvi olaraq, seçkilərin saxtalaşdırılmasına çalışacaq. Bunun isə, daha kəskin reaksiya doğuracağı şübhəszidir. Seçkilərin nəticələrindən asılı olmayaraq, fevral ayının ortalarından etibarən Ermənistanda gərginliyin daha da güclənəcəyi, seçkiləridən sonra isə real qarşıdurma səviyyəsinə çatacağını ehtimal edirəm".

Deputat: "Ermənistan bir dövlət kimi də mövcudluğunu itirə bilər"

Milli Məclisin deputatı Elman Məmmədov Ermənistandakı son prosesləri şərh edərkən qeyd edib ki, Serj Sarkisyan və onun ətrafındakı komanda özlərinin siyasi hakimiyyətlərinin ömrünü uzatmaq üçün bütün vasitələrə-hər cür avantüraya, fırıldaqlara əl atırlar və növbəti seçki yaxınlaşdığı üçün hakim elita yenə təşviş içərisindədir: "Sarkisyan rejimini uğursuzluğa düçar olmaq gözləyir. Ermənistan cəmiyyətində kifayət qədər tanınan, özlərini siyasət aləmində tanıtmış və ətraflarında müəyyən qüvvələrin cəmləşdiyi bir neçə qruplaşma artıq meydandadır. Onlar parlament seçkilərində uğur qazanmaq üçün mübarizə aparırlar. Gizli deyil ki, Serj Sarkisyanın komandası, yəni hərbi-siyasi xunta Ermənistan cəmiyyətinin, bütövlükdə, etimadını itirib. Çünki idarəetmədə, rəhbərlikdə olduqları dövrdə bunlar Ermənistanı həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə məhvə doğru aparıblar, fəlakət qarşısında qoyublar. Ona görə də, bu gün bu komanda özünü seçkilərdə tamamilə uduzmaq qorxusu qarşısında hiss edir. Atılan addımlar da buna hesablanıb. Çünki artıq onlara qarşı olan qüvvələrin onlardan daha güclü olduqları görünür. Ermənistanda hər gün əhalinin sayının bir az da azalması, ölkə iqtisadiyyatının bütünlüklə xarici ölkələrdən, xüsusilə də, Rusiyadan asılılığı, ölkənin hər cəhətdən asılı vəziyyətə düşməsi göz qabağındadır. Buna görə də, məncə, seçkilər xalqın istədiyi kimi baş tutsa, bunlar böyük zərbə alacaqlar və gələcəkdə hakimiyyətdən məhrum olmaq təhlükəsi qarşısında qalacaqlar. Gedən bütün proseslər bunu deməyə əsas verir. Belə də olmalıdır. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib, Rusiyadan və başqa xarici ölkələrdən olan tanınmış ekspertlər, politoloqlar da belə bir fikir səsləndiriblər ki, belə davam edərsə, Ermənistan bir dövlət kimi də mövcudluğunu itirə bilər. Ermənistan işğala son qoymaqla, region dövlətləri ilə müəyyən istiqamətlərdə əlaqələrini bərpa edə bilər. Burda, xüsusilə də, Azərbaycan və Türkiyə nəzərdə tutulur. Bu, həmin dövlətin, yəni Ermənistanın yaşamasına müsbət təsir göstərə bilər. Əks-halda, Ermənistan bundan da pis vəziyyətə düşəcək, ölkədə yaşayanların sayı bundan da aşağı düşəcək. Onlar dövlətçiliklərini itirə, böyük faciə qarşısında qala bilərlər".

Samir

Digər xəbərlər