"Prezident İlham Əliyevin 1994-cü ildə erməni işğalından, 2016-ci ilin aprelində isə Lələ Təpənin geri qaytarılması ilə onlardan gələ biləcək təhlükədən azad edilən Cocuq Mərcanlı kəndində yeni evlərin və məktəbin tikilməsi ilə bağlı verdiyi Sərancam aydındır ki, Azərbaycan dövlətinin qətiyyətini, özünə əminliyini və prosesin başladıldığını göstərir. Onun adı qayıdış prosesidir". SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.Deputatın sözlərinə görə, burada daha bir maraqlı mənzərə üzə çıxır: "Baxın, ermənilər aprel döyüşlərindən sonra tərk edib getdikləri evlərinə dönmək istəmirdilər. Baxmayaraq ki, nə həmin evlərə elə böyük xətər dəymişdi, nə oranı qoyub qaçmalarından uzun bir vaxt keçmişdi, üstəlik təkcə rəhbərlikləri deyil, havadarları da onları buna sövq edərək, "gedin evlərinizdə yaşayın sizin üçün təhlükə olmayacaq" deyirdilər.Cocuq Mərcanlıda isə hələlik 50 evin tikilməsinə start verildiyi halda 190 ailə ora dönmək niyyətində olduğunu bildirir. Bu fərqli davranış bir daha onu göstərir ki, ermənilərdə özlərinə və öz dövlətlərinə azərbaycanlılarda olduğu qədər əminlik yoxdur, apreldə baş verənlərin hər an təkrarlana biləcəyini düşünürlər (düz də düşünürlər). Onlar indi yaşadıqları yerlərə bizim kimi bağlı deyillər. Çünki bu torpaqlar ermənilərin olmayıb. Onlar bura gəlmədilər və təhtəlşüur səviyyəsində də bunu hiss edirlər".
sia.az