PDF Oxu

Siyasət

  • 48

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

"Avropa İttifaqı iqtisadi islahatlar sahəsində Azərbaycanla öz zəngin təcrübəsini bölüşməyə və ekspert məsləhət xidmətləri göstərməyə hazırdır". SİA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasında Qonşuluq və Avropa İttifaqının genişlənməsi ətrafında danışıqlar üzrə baş direktor Kristian Danielson və Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə icraçı direktor Tomas Mayr Hartinqin Bakıya səfərlərinin yekunlarına dair birgə açıqlamada deyilir. Qeyd edilib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır və onunla yaxın gələcəkdə əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi səbirsizliklə gözləyir.

Aİ rəsmiləri səfər zamanı Prezidenti İlham Əliyev, xarici işlər və təhsil nazirləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərdə Aİ-Azərbaycan arasındakı münasibətləri müzakirə ediblər. Müzakirələr Azərbaycan iqtisadiyyatının şaxələnməsi, Aİ-nın hökumətə və vətəndaş cəmiyyətinə bu prosesdə hazırda göstərdiyi və gələcəkdə göstərəcəyi yardım məsələlərini əhatə eib.

sia.az

Digər xəbərlər