"Dekabrın sonunda baş vermiş toqquşma və insanların faciəvi şəkildə öz həyatlarını itirmələri bir daha Qarabağa dair danışıqların aparılmasının vacibliyini göstərir". SİA "news.am"a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.
"Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq. Nizamlanmaya yönəlmiş danışıqlarının davam etməsi regiona uzun müddətli sülh gətirə bilər", - deyə həmsədr vurğulayıb.
sia.az