PDF Oxu

Siyasət

  • 62

"Trampın müsəlman ölkələri ilə bağlı qərarına düzəliş edilməlidir" ŞƏRH

"Trampın müsəlman ölkələri ilə bağlı qərarına düzəliş edilməlidir" ŞƏRH

"Prezident Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinin qadağan edilməsinə dair sərəncamında dəyişikliklərin edilməsi zəruridir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, əgər həmin ölkələrdən olan şəxslərin Birləşmiş Ştatlarda yaşamaq hüququ varsa, onlara həmin ölkədə taşamağı qadağan etmək doğru deyil: "Eyni zamanda qərar verilməzdən əvvəl qanuni şəkildə ABŞ-a viza alan şəxslərin təyyarələrdən düşürülməsi də tamamilə qanuna ziddir. Ona görə də bu məsələlərdə yəqin ki, düzəlişlər ediləcək".

R.Musabəyov əlavə edib ki, dünyada 45 müsəlman ölkəsi var, ABŞ prezidenti Donald Tramp isə konkret altı ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman verib: "Həmin ölkələrdə din pərdəsi altında terror qrupları fəaliyyətdədir. Hər bir halda bizim də öz qadağalarımız var. Bu ölkədə qanuni şəkildə o qadağaların tətbiqi kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma ilk növbədə Tramp amerikalıların maraqları və vətəndaşlarının təhlükəsizliyini düşünməlidir və düşünür də. Amma qeyd etdiyim kimi bu qərarda müəyyən düzəlişlər edilməlidir".

Trampın qərarına qarşı etirazlara gəlincə, R.Musabəyov deyib ki, məhkəmə qərar verdiyi halda, onun icrasına məhdudiyyət qoyula bilər: "Amerikada hər kəs nəyəsə etiraz edir. Prezident hər bir etiraza görə öz siyasətini dəyişərsə, onda dövləti idarə etmək olmaz. Kimlərsə qərara etiraz edir, kimlərsə dəstək verir. Görünən budur ki, demokratlar uduzduğunu görə Trapma hər addımına görə maneələr yaratmağa, hər qərarına etiraz etməyə çalışırlar".

yap.org.az

Digər xəbərlər