PDF Oxu

Siyasət

  • 249

"Prezidentin göstərişi ilə məcburi köçkünlərə evlərin tikilməsi daha da sürətlənəcək" AÇIQLAMA

"Prezidentin göstərişi ilə məcburi köçkünlərə evlərin tikilməsi daha da sürətlənəcək" AÇIQLAMA

"Məcburi köçkünlərə evlərin tikilməsi müxtəlif yerlərdə və bölgələrdə davam edir. Lakin ötən gün "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının" icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Ölkə Başçısının verdiyi tapşırıqlara əsasən, bu il işlər daha da sürətlənəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, Bakı şəhəri ərazisində yerləşən yataqxanalar, müəyyən ictimai - sanatoriya, pansionat, lager tipli yerlər var ki, onlar qəzalı vəziyyətdə olduğu üçün məcburi köçkünlərin orada yaşaması mümkün deyil: "Bu baxımdan Azərbaycan prezidenti ötən gün keçirilən müşavirədə bu istiqamətdə bir daha ciddi tapşırıqlarını verdi və bildirdi ki, məcburi-köçkünlər üçün mənzil, ev tikintisinin sürətinin artırılması diqqət mərkəzindədir. Ümumiyyətlə, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi ilə bağlı məsələ 2-3 il bundan öncə qərarlaşdırılıb. Abşeron rayon ərazisi və Bakı ətrafında qəsəbələrdə təxminən 90 min nəfərlik şəhərciyin salınması nəzərdə tutulub. Hətta bununla bağlı sənədləşmə də mövcuddur. Lakin neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşması nəticəsində ölkəmizdə bu tikintiyə başlanılması müvəqqəti olaraq dayandırılmışdı. Lakin Azərbaycan prezidentinin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğısı nəticəsində bu məsələ daha da sürətlənəcək və Prezidentin də qeyd etdiyi kimi, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesinə bu il başlanacaq. Yaxın gələcəkdə Bakı şəhərində yataqxanalarda məcburi köçkün qalmayacaq"."Ola bilər ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə tezliklə ərazilərimiz işğaldan azad olunar, bu mənzillər Bakıda deyil, öz tarixi torpaqlarımızda tikilər və məcbur köçkünlər öz yurd-yuvalarına qayıdarlar. Amma bütün bunlara baxmayaraq, yenə də məcbur köçkünlərin mənzil eləcə də sosial şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. Bu da alqışlanmalıdır"- deyə, E. Məmmədov əlavə edib.

sia.az

Digər xəbərlər