"Azərbaycan prezidentinin fəaliyyəti, iş prinsipi hər bir məmur üçün bir nümunədir. Bu baxımdan da Ölkə başçısının da söylədiyi kimi bütün məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir". Bunu SİA-ya açıqlamasında YAP siyasi şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Azərbaycan Prezidentinin ötən gün dövlət proqramının icrası ilə bağlı keçirilən müşavirədə məmurlarla bağlı fikirlərinə toxunan V. Rəhimzadə qeyd edib ki, Dövlət başçısı iradlarını ünvanlı olaraq söyləyib: "Azərbaycan prezidenti çox yaxşı bilir ki, hansı təşkilatda, dövlət qurumunda işlər hansı şəkildə reallaşdırılır, həyata keçirilir. Ona görə də Ölkə başçısı haqlı olaraq müşavirədə öz iradlarını ünvanlı olaraq, həmin təşkilat və qurum rəhbərlərinə çatdırdı. Burada məqsəd onların nəticə götürməsidir".Baş redaktorun sözlərinə görə, məmurlar Dövlət başçısının iş prinsipindən bir proqram kimi istifadə edib, öz fəaliyyət dairəsini vicdanla, yüksək səviyyədə təşkil etməlidirlər: "Cənab prezident ictimaiyyət nümayəndələri ilə görüşdə hər zaman onların problemləri ilə yaxından maraqlanır, fikirlərinə böyük önəm verir. Bu baxımdan Ölkə başçısı hər zaman qeyd edir ki, məmurlar xalqın xidmətçilərdir. Məmur qüsurlu hallara yol verməməyə çalışmalıdır. Düzdür, iş olan yerdə müəyyən nöqsanlar da olur. Amma qüsurlar bilərək və bilməyərəkdən ola bilər". V. Rəhimzadə əlavə edib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin məmurlarla bağlı söylədiyi irad və tövsiyələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və buna böyük dəyər verilir.
sia.az