PDF Oxu

Siyasət

  • 52

“Beynəlxalq nümayəndələr erməni vəhşiliyini görəcəklər”MÜNASİBƏT

“Beynəlxalq nümayəndələr erməni vəhşiliyini görəcəklər”MÜNASİBƏT

"Ötən gün dövlət proqramının icrası ilə bağlı keçirilən müşavirədə Azərbaycan Prezidenti bir çox sahələrə diqqət yetirib, tapşırıqlar verməsi bu gün hər bir vətəndaşımızın müzakirə predmetidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Müşavirədə Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə beynəlxalq təşkilatların nümayəndələrinin aparılması ilə bağlı söylədiyi fikirlərə toxunan millət vəkili qeyd edib ki, burada əsas məqsəd erməni vəhşiliyini göstərməkdir: "Cocuq Mərcanlı torpaqlarımızın ilk işğalı illərində bir neçə gün müddətinə yerlə-yeksan edilən kəndlərdən biridir. Buna görə də beynəlxalq təşkilatların nümayəndələri ora getməklə erməni vəhşiliyini öz gözləri ilə görmüş olacaqlar. Bu baxımdan dinc əhalinin öz torpaqlarına qayıdışın tərənnüm edilməsi, göstərilməsi, nümayişi təbii ki bizim haqlı olduğumuzu və torpaqlarımızın ermənilər tərəfindən işğalı zamanı hansı vəhşiliklər etdiklərini sübut edən faktlardan biridir. Bu olduqca həssas bir məsələdir və hesab edirəm ki, ötən günkü müşavirədə ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar qəlbində vətən həsrəti, sevgisi olan hər bir Azərbaycan vətəndaşında kövrək hisslər yaradır".Ç. Qənizadə əlavə edib ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına ilkin olaraq 4 milyon ayırması, orada yaşayış yerlərinin, eləcə də digər sektorların tikintisi ilə bağlı göstərişlər verməsi xalqımızın və vətəndaşlarımızın qəlbində o torpaqlara qayıdış hissini yenidən təzələnməsi o ümidlərin yenidən doğulmasıdır: "Arzu edirəm ki, Cocuq Mərcanlı 20 faiz işğal olunmuş ərazilərimizə böyük qayıdışın ilk və uğurlu addımlarından olsun. Ümid edirəm ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə tezliklə yeni-yeni işğaldan azad olunan ərazilərimiz var ki, onlarla bağlı fərmanların verilməsinin şahidi olacağıq".

sia.az

Digər xəbərlər