PDF Oxu

Siyasət

  • 186

Nərimanov rayonunda Gənclər Günü qeyd olunub

Nərimanov rayonunda Gənclər Günü qeyd olunub

Bu gün Nərimanovda Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "2 fevral – Azərbaycan Gəncləri günü" münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd "2 Fevral – Azərbaycan Gəncləri Günü"nün geniş qeyd edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd edib ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli Lider Heydər Əliyev 1 fevral 1997-ci ildə "2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir.İdarə rəisi vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir.Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. RİH başçısının müavini bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğulayıb. O, gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək qeyd ediblər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və "2 fevral – Azərbaycan Gəncləri Günü" münasibətilə görə bir qrup rayon gəncləri mükafatlandırılıb.Həmçinin İcra başçısının müavini İlqar Mirzəyev dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə, gənclərə göstərdiyi diqqət və qayğıya görə "Gənclərin Dostu" adına layiq görülüb.

sia.az

Digər xəbərlər