"Azərbaycanda "İslam həmrəyliyi" ilinin elan olunması ilə ölkəmiz islamla bağlı öz mövqeyini ortaya qoydu. Əslində bu, 2016-cı ilin davamıdır və vacib olan şərtlərdəndir". SİA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib. Azərbaycan Prezidenti tərəfindən son 1 həftə ərzində atılan 3 əsas addımı xatırladan S. Novruzov bildirib ki, onlardan birincisi qaçqın və məcbur köçkünlərin öz tarixi torpaqlarına qayıtması üçün Cocuq Mərcanlı kəndinə vəsaitin ayrılması, ikinci hərbiçilərlə keçirilən görüşdə Azəraycan torplaqlarında ikinci Erməni dövlətinin yaradımaması barədə bəyanat, üçüncüsu isə dövlət proqramının icrası ilə bağlı keçirilən müşavirədə bütün sahələrin inkişafı, eləcə də gələcək perspektivləri ilə bağlı söylədiyi fikirlərdir. Bu fikirlər Prezidentimizin xalqımızın maraqlarını müdafiə etdiyini, onların sosial rifahın yaxşılaşdırılması və yaxşı yaşamasına önəm erdiyinin sübutudur".Çıxışı zamanı S. Novruzov siyasi partiyalarla bağlı təklif irəli sürüb. O deyib ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, siyasi partiyalar MSK-ya hesabat verməlidirlər: "Lakin təəssüf ki, bəzi siyasi partiyalar bu hesbatı vermirlər. Bu baxımdan qanunvericilikdə öz gəlirləri haqqında hesabat verməyən siyasi partiyalarla bağlı qərar qəbul edilsin. Təbii ki, partiyalar hava ilə dolanmırlar. Onların kifayət qədər cangüdənləri, işçiləri, bahalı maşınları var".Mobil rabitə ilə bağlı təklif irəli sürən millət vəkili söyləyib ki, bunula bağlı çox ciddi problemlərin olduğunu dilə gətirib: "Hər axşam telefonuma xarici ölkələrdən zənglər gəlir. Bu bir yoxlanış. imtahandır. Bunun qarşısının alınması üçün informasiya təhlükəsizliyi ilə bağlı addımlar atılmalıdır".
sia.az