"Artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır. Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Musa Quliyev Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib. Çıxışı zamanı Azərbaycanda kartla məhsul alarkən bankların əlavə dəyər vergisi tətbiqi ilə bağlı məsələyə toxunan M. Quliyev deyib ki, bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir: "Bu, gələcəkdə problemlərə yol açacaq. Bu baxımdan problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edirəm. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası da müvafiq normativ aktlara lazımi dəyişikliklər edə bilər ki, insanlar bu problemlə rastlaşmasınlar".
sia.az