Milli Məclisin yaz sessiyasının ilk plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın problemlərindən danışıb: "Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar".Millət vəkili tələbələrin təhsil haqqının ödənilməsi məsələsində yaşadığı çətinliklərdən də söz açıb: "Bununla bağlı tələbələr mənə müraiət edərək bildirirlər ki, təhsil haqqını ödəyə bilmədiklərinə görə təhsillərini davam etdirə bilmirlərlər. Çünki universitetlərdən onlardan təhsil haqqını birdəfəlik ödəməli olduqlarını deyirlər. Bu hal həm özəl, həm də dövlət ali təhsil müəssisələrində müşahidə olunur. Təklif edirəm ki, tələbələrin, onların ailələrinin vəziyyəti nəzərə alınsın. Onlar təhsil haqqını hissə -hissə ödəsinlər. "Təhsil haqqında" qanunda bu məsələ nəzərə alınmalıdır".
sia.az