"Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın qaytarılması barədə məsələ qaldırmalıyıq. Bura İrəvan da daxil edilməlidir". SİA-nın xəbərinə görə, bunu millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Milli Məclisin plenar iclasında deyib.Sözügedən torpaqların ermənilərə müəyyən şərtlərlə verildiyini deyən millət vəkili qeyd edib ki, sənədlər xaricdən Tarix İnstitutuna gətirilib: "Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğulayıb. Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir".
sia.az