"İşğal olunmuş rayonlarda, bölgələrdə ermənilərin etdikləri vəhşiliklər hamıya çox yaxşı məlumdur. Ermənilərdən fərqli olaraq azərbaycanlılar istər düşmənə, istər dosta qarşı həmişə tolerantlığı ilə seçiliblər. Təəssüflər olun ki, ermənilər tərəfindən azərbaycanlıların tarixi torpaqlarında qədim tarixi abidələr, məscidlər yerlə - yeksan edilir. Təbii ki, dünya ictimaiyyəti buna susacaq". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, iş orasındadır kı, xalqımıza qarşı bu müsibətlər xristian ermənilər tərəfindən baş verir: "Məscidlərin və digər tarixi abidələrin viran olunması isə hegemon dövlətləri narahat edə bilməz. Müsəlman ölkələrinə qaldıqda isə, bugün gerçək islama məxsus olan çox az sayda ölkələrin adını çəkə bilərik. Təəsüflər olsun ki, İslamın gücləndirilməsi uğrunda daim vuruşan Osmanlı İmperiyasının süqutundan sonra ərəb ölkələri islamın gücləndirilməsi ilə deyil, dağıdılması ilə məşğuldurlar.O ki qaldı beynəlxalq təşkilatlara, beynəlxalq müşahidəçilərin işğal altında olan Ağdam, Füzuli və digər şəhərlərə buraxılmamalarına, burada qəribə nəsə yoxdur. İşğalçı, beynəlxalq hüquqa hörmət etməyən bir dövlətin dekabrın 29 u əsir götürmüş milli ordumuzun əsgərinin nəşinin hələ də geri qaytarmaması buna bir sübutdur. Lakin, biz dünya mediasında, dünyanın ayrı – ayrı liderlərinin dilindən erməniləri atdıqları addımlardan əl çəkməyə çağıran bəyanatlar eşitmirik. Qərb siyasi institutlarında baş verən bu xaos yaxın gələcəkdə beynəlxalq təşkilatların böhranına gətirib çıxaracaq. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə yeni dünya nizamına ehtiyac var".
sia.az