"Artıq "Gənclər günü"nün 20 illiyi tamam olur. Bu illər ərzində Azərbaycanda gənclərlə bağlı əsası Ulu Öndər tərəfindən böyük siyasət həyata keçirilib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.O bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qoyulub: "Ulu Öndər 1993-cü ildə çətin dövr olmasına baxmayaraq, Ali Sovetdə bir qrup gənci qəbul edərək, müstəqilliyimiz dövründə onların üzərinə düşən vəzifələri qeyd etmişdi. Daha sonra ölkəmizdə 1997-ci ildə Gənclər Forumu keçirildi, gənclər günü təsis olundu, daha sonra gənclərlə bağlı qanun və proqramlar qəbul edildi. Gənclər sahəsi elə bir sahədir ki onunla bağlı çox gözəl nümunələr göstərmək olar".Ş. İsmayılov qeyd edib ki, artıq Azərbaycanda keçirilən uğurlu gənclər siyasəti modeli digər ölkələr tərəfindən öyrənilərək tətbiq olunmağa başlayır: "Bu, bizim ən böyük uğurumuzdur. Artıq biz 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasından danışırıq. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Ümumiyyətlə, indiyə qədər görülən işlər bundan sonra görülən işlərin təminatçısıdır ki, bu da çox sevindiricidir "."Azərbaycanda gənclərə göstərilən diqqət qayğı nəticəsində gənclərimiz artıq beynəlxalq arenada kifayət qədər yüksək təmsil edir. Bundan əlavə, gənclərimiz, elm, təhsil, idman sahəsində mühüm postlarda çalışırlar. Aparılan təhlillər göstərir ki, gənclərimiz azərbaycançılıq məfkurəsini, o cümlədən peşəkar olmaq qabiliyyətlərini kifayət qədər artırıblar. Mən bütün gəncləri "Gənclər günü" münasibətilə ilə təbrik edirəm" - deyə, deputat əlavə edib.
sia.az