"Düz 20 il bundan öncə ilk dəfə olaraq 2 fevral Azərbaycanda Gənclər Günü qeyd edildi. Bu bayramı Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinə bəxş etmişdi. Əslində dünyada çox nadir ölkələr varki orada Gənclər Günü qeyd edilir. Gənclər Günü həm bayramdır, həm də bütün ictimaiyyətimizin, cəmiyyətimizin, dövlətimizin gənclərin məsələlərinə diqqət ayırdığı bir gündür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.Onun sözlərinə görə, Azərbaycanda gənclər dövlətin xüsusi qayğısı ilə əhatə olunub: "Elə bir sahə yoxdur ki, orada gənclərimiz öz töhfəsini verməsin və dövlət gənclərin inkişafına şərait yaratmasın. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da məhz belə təşkilatlardan biridir ki, cənab Prezidentin şəxsi təşəbbüsü ilə yaradılıb və bilavasitə gənclərin şəxsi inkişafına böyük dəstək göstərir. Bu günə qədər Gənclər Fondu 3 min 341 layihəni dəstəkləyib. Respublikanın bütün regionlarında ən ucqar kəndlərdə belə gənclər dövlətin yaratdığı bu imkandan yararlanıblar. İnanıram ki, gənclərimiz bu gündən sonra da Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edəcək və daha çox inkişaf edəcək".
sia.az