PDF Oxu

Siyasət

  • 90

ABŞ-ın Ermənistandakı səfiri aprel müharibəsinin Ermənistanı hansı kökə salmasından danışdı

ABŞ-ın Ermənistandakı səfiri aprel müharibəsinin Ermənistanı hansı kökə salmasından danışdı

TEZİS ƏSASINDA!

Riçard Millz: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, Ermənistanın sərhədləri bağlı qalmaqda davam edəcək"

Ötən il aprel ayının əvvəllərində işğalçı Ermənistanın növbəti təxribatçı-diversiya hərəkətlərinin ardınca Azərbaycanın Silahlı Qüvvələrinin həmin təxribatçılıq əməllərinə layiqli və sərt cavabı, hələ də bu ölkədə müzakirə obyekti olaraq qalmaqdadır. Məhz dördgünlük aprel müharibəsi nəticəsində azad olunmuş ərazilərimizin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsindən sonra, Ermənistanda baş qaldıran siyasi çaxnaşmalar – "Sasna-Tser" olayları, həlak olmuş əsgər valideyinlərinin hakimiyyətə qarşı çıxışları, eləcə də, digər bu kimi faktorlar Serj Sarkisyan rejiminə məxsus kürsünü laxlatmağa başlatdı.

Ac və səfil erməni xalqı acınacaqlı vəziyyətdə yaşamaq istəmədiklərini hakimiyyətə bəyan etməklə yanaşı, övladlarının Qarabağda, yəni onlara məxsus olmayan torpaqlarda korrupsioner rejimin maraqları üzündən öldürülməsi əleyhinə etiraz aksiyaları keçirməyə başladılar. Əlbəttə, bütün bu kimi hadisələrin köklü səbəblərindən biri və birincisi Sarkisyan rejiminə məxsus və korrupsiyaya bulaşmış məmurların xalqa ağır divan tutmalarının nəticəsidir ki, artıq bu ölkə neçə illərdir öz kəskin çöküş dövürünü yaşamaqdadır. İnsanlar kütləvi şəkildə Ermənistanı tərk edirlər. Baş verənlərin səbəblərindən digəri sadə xalq bundan artıq əzaba qatlaşmaq və dözmək, acından ölmək istəmir.

Səfir: "Artıq bu amil ictimai rəyin diqqət mərkəzindədir"

Bu arada aprel müharibəsinin Ermənistanın real vəziyyətini ortaya qoyması ətrafında ABŞ-ın bu ölkədəki səfiri Riçard Millzin irəli sürdüyü fikirləri də diqqətçəkicidir. Səfirin sözlərinə görə, dördgünlük aprel müharibəsi Ermənistanın milli təhlükəsizliyinə dağıdıcı təsirini göstərib və aprel savaşlarından sonra bu ölkədə korrupsiya halları daha da artıb.

Qeyd edək ki, Riçard Millz həmin sözlərini Amerika Tİcarət Palatasının Ermənistandakı nümayəndəliyində deyib.

Riçar Millz hesab edir ki, korrupsiyadan istifadə edən nüfuzlu iş adamları Ermənistanın iqtisadi bazarlarına daha rahat şəkildə nəzarət edir, iqtisadi rəqabətin qarşısını alaraq onu bloklaşdırırlar

Səfirin sözlərinə görə, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış şəkildə qalması Ermənistanda mövcud olan korrupsiya hallarının daha da şaxələnməsinə səbəb olmaqdadır. "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, Ermənistanın sərhədləri bağlı qalmağa davam edəcək"-deyə vurğulayan Riçard Millz, həmçinin, bildirib ki, bundan istifadə edən nüfuzlu iş adamları ölkə daxilindəki iqtisadi bazarlara daha rahat şəkildə nəzarət edir, rəqabətin qarşısını alaraq onu bloklaşdırırlar.

Beləliklə, ABŞ-ın Ermənistandakı səfirinin reallıqdan çıxış etməsi, eyni zamanda, Ermənistanda korrupsiyanın tüğyan etdiyini dilə gətirməsi, həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, artıq ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkənin işğalçılıq prinsipini dəstəkləmədiyini açıq qaydada bəyan edir. Çünki işğal müddəti uzandıqca, Ermənistan iqtisadi, sosial və siyasi cəhətdən kəskin tənəzzüllə uğrayır, bununla yanaşı, ölkə ciddi təhlükələrdən yaxa qurtarmaq gücünü tamamilə itirmiş olur. Bütün bunlar isə işğalçı ölkənin çıxılmaz dalana dirəndiyinin bariz sübutu kimi də qiymətləndirilə bilər. Hər halda, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin Amerika Tcarət Palatasının Ermənistandakı nümayəndəliyində səsləndirdiyi fikirləri özü-özlüyündə hər şeyi aşkara çıxarmış olur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər