"Dünyada beynəlxalq hüquq termini var və ona əməl etmək hər bir dövlətin borcudur. Dünyada çox az dövlət var ki, onlar buna əməl etmir və onlardan da biri Ermənistandır. Bu da düşmən ölkənin xislətinə uyğun bir addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloq qeyd edib ki, beynəlxalq konvensiyalara görə, bütün hallarda hətta əsir düşmüş mülki şəxs olsa belə o geri qaytarılmalıdır: "Onların bu addımı insan oğurluğudur. Adətən müharibə şəraitində kəşfiyyat hansısa informasiyanı oğurlayır, hanısaısa mülki şəxsi oğurlamaqla nə əldə etmək olar? Bütün bunların arxasında Azərbaycana təzyiq etmək məqsədi dayanır".Aprel ayında Ermənistanda referendum seçkilərinin keçiriləcəyini xatırladan C. Nuriyev qeyd edib ki, düşmən ölkə rəhbərliyi prezident üsul idarəsini dəyişdirərək, parlament üsul idarəsinə keçmək və baş nazir statusunda Ermənistana rəhbərlik etmək niyyətindədir: "Buna görə də Sarkisyan hər cür şərəfsizliyə əl atır ki, bu da onlardan biridir. Bilirsiniz ki, artıq bir aydan çoxdur ki, şəhidimizin meyiti onlardadır və geri vermirlər. Bu, təbii ki ilk dəfə deyil. Çünki, bundan öncə Ermənistan Mübariz İbrahimovun və Fərid Əhmədovun meyitini uzun müddət saxladıqdan sonra geri qaytardılar. Hazırkı vəziyyətdə Ermənistanda həm şəhidimiz, həm də əsirimiz var. Ermənistan bu cür hərəkətlərlə qəhrəmanlıq etdiyini düşünür. Lakin meyitin üzərində qələbə çalmaq ancaq şərəfsiz və qorxaq insana məxsus olan hərəkətdir ki, düşmənimiz bunda da şou düzəltməyə çalışır"."Biz fikirləşirik ki, bəlkə Ermənistan bütün bu məsələlərdən bir nəticə çıxarar. Amma bu millət düzələn deyil. Onların məşhur yazıçısı belə 1910-cu ildə yazırdı ki, ermənilərin qanı ana bətnində korlanır. Bu baxımdan Ermənistandan humanist addım gözləmək bəlkə də ağılsızlıq olar. Amma burada ən çox təsir edən məqam dünya dövlətlərinin ikiüzlü siyasət yürütməsidir. Nə vaxta qədər onlar belə siyasət yürüdəcəklər? Sanki hazırda xristian həmrəyliyi hökm sürür ".- deyə, politoloq əlavə edib.
sia.az