YAP Xaçmaz rayon təşkilatı Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə ərazi ilk pratiya təşkilatının sədri Məhərrəm Abasov hesabat məruzəsi iələ çıxış edərək, partiyanın yaranma tarixindən ilk təşkilatın fəaliyyətində görülən işlərdən və qarşıda duran vəzifələr barədə məlumat verib.
Yığıncaqda rayon Təhsil şöbəsinin müdiri, YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü Mədinə Nurməmmədova, partiya üzvlərindən İmran Museyibov, Azad Bədəlov və başqaları çıxış edərək, partiyanın yaranma tarixindən, keçdiyi həyat yolundan danışıblar.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Yetkin Mehmanov çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan, Ümummilli Lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkənin sosial-iqtisadi tərəqqisində xidmətlərindən danışaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prizidenti İlham Əliyevin ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından danışıb.
Sonda təşkilati məsələlərə baxılıb. Məhərrəm Abasov yenidən ərazi ilk partiya təşkilatının sədri, həmçinin, rayon konfransına nümayəndələr seçilib.
R.HÜSEYNOVA