PDF Oxu

Siyasət

  • 314

YAP Şəmkir rayon təşkilatının ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir

YAP Şəmkir rayon təşkilatının ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam etdirilir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla davam etdirilir. YAP Şəmkir rayon təşkilatı Şəmkir rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında ilk təşkilat sədri Abdulla Rzayev konfranslararası dövrdəki fəaliyyətləri barədə hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində keçirilən prezident, bələdiyyə, parlament seçkilərində və referendumda təşkilatın üzvlərinin fəallıq göstərdiklərini bildirib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev yığıncaqda çıxış edərək, rayon təşkilatının sıralarında 12 min nəfərə yaxın partiya üzvünün birləşdiyini deyib. O bildirib ki, ölkəmizin hər yerində, eləcə də Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir. Yığıncaqda ilk partiya təşkilatının üzvləri Ayaz İbrahimov, Şahin Rzayev, Ayaz Orucov və digərləri hesabat məruzəsini qənaətbəxş hesab etdiklərini bildiriblər.

Sonda gündəlikdə duran digər məslələr müzakirə olunaraq, hesabat-seçki yığıncağında təşkilatın idarə heyətinin üzvləri, yeni sədr, sədr müavinləri və YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər