YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları planlaşdırılmış qrafik üzrə davam etdirilməkdədir. Növbəti hesabat-seçki yığıncağı YAP Zərdab rayon təşkilatı Qoruqbağı kənd ərazi ilk partiya təşkilatında keçirilib.
Qoruqbağı kənd ərazi ilk partiya təşkilatının sədri Rauf Qarayev hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Hesabat-seçki yığıncağında şura üzü Cəvahir İsmayılova, Qoruqbağı kənd ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Oktay İsgəndərov, Hicran Manafov, Ramil Xəlilov və digərləri çıxış edərək, kənd ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək, təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif ediblər.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edib.
Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Rauf Qarayev yenidən ərazi ilk partiya təşkilatının sədri, Oktay İsgəndərov isə sədr müavini seçilib. Eyni zamanda, 5 nəfərdən ibarət idarə heyəti və rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
Rövşən RƏSULOV