PDF Oxu

Siyasət

  • 425

"Prezidentin Brüsselə səfəri Azərbaycanla Aİ arasında əlaqələr üçün mühüm platformadır" ŞƏRH

"Prezidentin Brüsselə səfəri Azərbaycanla Aİ arasında əlaqələr üçün mühüm platformadır" ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çox önəmli dövrə təsadüf edir. Verilən bəyanatlardan da görünür ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələ başlayır və bu mərhələ bir neçə istiqaməti əhatə edəcək. Ənənəvi olaraq enerji sektorunda aparılan əməkdaşlığın bundan sonra yüksələn xətlə davam edəcəyi, eyni zamanda iqtisadi əlaqələrin və digər istiqamətlərin inkişafı ilə bağlı fikirlər səsləndirilir". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlərin açıldığını deyən siyasi-şərhçi hər iki tərəfin bu perspektivləri yüksək qiymətləndirdiyini dilə gətirib: "Bildiyiniz kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişin imzalanmasına hazırlıq prosesi gedir. Bu sazişdə mühüm məqamlar öz əksini tapıb. Azərbaycan digər dövlətlər, beynəlxalq təşkilatlarla yanaşı, Avropa İttifaqı ilə əməkdaşlıqda da səmimi, dayanıqlı olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Alternativ nəqliyyat dəhlizləri ilə bağlı layihələrin həyata keçirilməsində də ölkəmiz dayanıqlı mövqe nümayiş etdirməklə yanaşı, öz təşəbbüsləri ilə regionda bir sıra layihələrin həyata keçirilməsi Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu aspektdən Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var".E. Mirzəbəyli qeyd edib ki, Azərbaycan hər zaman ikitərəfli əlaqələrin inkişafına çalışıb və əlaqələrin hər iki tərəfin maraqları müstəvisində dəyərləndirilməsini önəm verib: "Bildiyiniz kimi Assosiativ sazişlə bağlı bir sıra ölkələr Avropa İttifaqı ilə münasibətlər qurmağa çalışır və bu istiqamətdə addım atırdı. Ermənistan Assosiativ sazişə razılıq verib, sonra ondan imtina etdi. Bu, işğalçı ölkənin simasını bir daha göstərən fakt idi. Lakin Azərbaycan hər zaman ikitərəfli əlaqələrin inkişafına önəm verib. Bu baxımdan hesab edirəm ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin həm imzalanacaq sazişə, həm də ondan sonrakı proseslərə inkişafı üçün mühüm platforma yaranıb. İndiki vəziyyət sübut edir ki, Azərbaycan özünün sabit mövqeyi və dünyada baş verən prosesləri düzgün dəyərləndirməsi ilə ən optimal yol seçib".Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı işğal olunmuş torpaqlarımızla bağlı məsələni ön plana çəkəcəyini vurğulayan siyasi-şərhçi söyləyib ki, indiki şəraitdə Avropa İttifaqının prosesdə aktiv rol oynamaq imkanları kifayət qədərdir: "Azərbaycan Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, platformalarda ölkəmizin maraqlarını ön plana çəkir və ərazi bütövlüyümüzün bərpası məsələsini xüsusi vurğulayır. Çünki, Avropanın sərhədlərində işğal faktının olması, hərbi əməliyyatların istənilən an genişləndirilməsi perspektivinin mövcudluğu onları da narahat etməlidir. Qənaətimə görə, indiki şəraitdə Avropa İttifaqının prosesdə aktiv rol oynamaq imkanları kifayət qədərdir. Bu günə qədər Ermənistana qarşı qəbul olunan qətnamələr, eləcə də avropa qurumları olan AŞPA, Avropa Parlamenti Azərbaycan ərazilərinin işğalı ilə bağlı müvafiq qətnamə və qərarlar qəbul ediblər. Bu qətnamələrin icrası istiqamətində addımların atılmasına ehtiyac var. İşğalçıya qarşı konkret sanksiyaların həyata keçirilməsi artıq gündəmə gəlməlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı keçirdiyi bütün görüşlərdə bu məsələni yenə də önə çəkməsi birmənalıdır".

sia.az

Digər xəbərlər