Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində Binəqədi rayonu, 7 mikrorayon, S.S.Axundov küçəsi 3 ünvanlı (40 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Bənövşə Həsənova gündəlikdə duran məsələlər barədə məlumat verib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırıb.
İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının nümayəndəsi Orxan Əlixanlı, ərazi ilk partiya təşkilatının üzvləri Tahirə Şəfiyeva, Nailə Hacıyeva sədrin hesabat məruzəsinə münasibət bildirərək, hesabatı qənaətbəxş hesab edib və təkliflərini irəli sürüblər.
İclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb və qərar qəbul edilib. Qərara əsasən, Bənövşə Həsənova yenidən ərazi ilk partiya təşkilatının sədri, Qizbəsti Quliyeva isə sədr müavini seçilib.
YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı çıxışında rayon təşkilatının fəaliyyətindən, görülən işlərdən və həyata keçirilən layihələrdən geniş danışıb.
ZÜMRÜD